Əncir mövsümüdür. Bakılılardan başqa az adam bilir ki, əncirdən qışa tədarük üçün çox ləzzətli və yüz dərdə dərman olan əncirfərəc hazırlamaq olar. “Ənciri ətçәkәn maşından keçirib üzərinə doşab və un əlavə edilir.Qarışdırılaraq bişirilir, bərkimiş kütlənin içərisinə döyülmüş әdviyyat qarışığı - razyana, qara vә әtirli istiot, zәncәfil, darçın, mixәk, qırılmış qoz , fındıq ləpəsi əlavə edilir. Əncirfərəc təbii məhsul olduğu üçün pəhrizdə olanlar da ondan istifadə edə bilərlər. Çayla içmək üçün əvəzsiz nemətdir. Əsas Faydaları Həzm sistemi: Yüksək lif Bazarstore tərkibi sayəsində bağırsaqların işini normallaşdırır, qəbizliyi aradan qaldırır və toksinləri təmizləyir. Ürək-damar sağlamlığı: Tərkibindəki kalium qan təzyiqini tənzimləyir, ürək xəstəlikləri riskini azaldır. Sümük inkişafı: Zəngin kalsium və maqnezium elementləri sümük toxumasını gücləndirir. Tənəffüs yolları: öskürək, bronxit və səs tutulmasına qarşı kömək edir. Qanazlığı: Bəhməz və mürəbbəsi ümumi zəiflik və qan azlığı zamanı qüvvətverici vasitədir. İmmuniteti gucləndirir