Tapdı🛒 Mallar (yeni/işlənmiş)Bakı

Mühasibat uçotu | Mühasibat uçotunun bərpası, Mühasibat uçotunun aparılması, Kadr uçotunun aparılması

100 AZN

Təsvir

Haqqımda: Vergi orqanı tərəfindən tələb qoyulan Peşəkar Mühasib Sertifikatının ən üstünü sayılan PMS-MHBS və beynalxalq sertifikatlarım mövcuddur. Müxtəlif sahələrdə (istehsalat, ticarət, logistika, təchizat, tibb və s.) fəaliyyət göstərən şirkətlərlə çalışaraq vergi və mühasibatlıq xidmətlərini yüksək keyfiyyət və operativliklə təmin etmişəm. Xidmət keyfiyyətini maksimum səviyyədə təmin etmək məqsədilə vergi və mühasibatlıq sahəsində davamlı təlimlərdə iştirak edir və peşəkar inkişafımı mütəmadi olaraq davam etdirirəm. SİZƏ HANSI XİDMƏTLƏRİ TƏKLİF EDİRƏM. * Mühasibat uçotu və vergi xidmətləri * Proqram təminatı * Mühasibatlıq üzrə təlimçi * Kadrların idarə olunması (HR) * Tenderlərdə iştirak və tender sənədlərinin hazırlanması * Kadrların təlimi * Hüquqi dəstək və məsləhət xidmətləri * Maliyyə idarəetməsi və maliyyə məsləhətçiliyi * Biznes məsləhətçiliyi XİDMƏTLƏRİMDƏN AYRI-AYRI VƏ PAKET ŞƏKLİNDƏ YARARLANA BİLƏRSİZ. XİDMƏTLƏRİMDƏN YARARLANDIĞINIZ TƏQDİRDƏ SİZƏ NƏ VƏD EDİRƏM. *Aylıq xidmət haqqı ədalətli və münasib olmağı *Görülməli işlərin operativ şəkildə həlli. *İşlər(Tapşırıqlar) başa çatdıqdan sonra məsul şəxsin məlumatlandırılması. *Sizdə şirkətinizi mənimlə birlikdə inkişaf etdirə bilərsiniz. TƏHSİL Dərəcə - Bakalavr Universitet - ADA Fakultə - İqtisadiyyat İxtisas - Maliyyə Dərəcə - Magistratura Universitet - OYU Fakultə - Dünya İqtisadiyyatı İxtisas - Mühasibat uçotu TƏCRÜBƏ BAŞ MÜHASİB - 10 İL İSTEHSALAT - 3 İL TƏCHİZAT - 4 İL XİDMƏT - 2 İL CONSULTİNG - 5 İL Vergi (ƏDV,ÖMV,MƏNFƏƏT,GƏLİR,SADƏLƏŞDİRİLMİŞ,ƏMLAK və s),Statistikavə,DSMF hesabatlarının aylıq,illik,rüblük hazırlanması və aydiyatı orqanlara təqdim edilməsi. ƏDV depozit hesabının idarə edilməsi və əvəzləşmələrin aparılması. Xarici və Daxili satışla bağlı sənədlərin tərtibi.(müqavilələrin, protokollarin,hesab fakturalarin (invoice),tehvil-teslim aktlarinin...) Portallarda (new.e.taxes.gov.az,e.taxes.gov.az, taxes.gov.az, e.customs.gov.az, e-social.gov.az(əmas),e.gov.az)istifadə və lazımi əməliyyatların aparılması. Mühasibatlıq və lazim gələrsə HR departamentinin idarə edilməsi. Mühasibat Uçotunun sahəyə uyğun(istehsalat,xidmət,təchizat,alqı-satqı) qurulması,əməliyyatların proqrama işlənilməsi və alt sənədlərinin hazırlanması uçotun idarə edilməsi və uçota nəzarət. Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHHH və KDHH-ın)hazırlanması və səlahiyyətli şəxsə təqdim edilməsi. Sənədlərin (mühasibat uçotu haqqında qanuna əsasən) ilkin hazırlanması,qanuna uyğun nəzarət və idarə edilməsi. İnternet banking vasitəsi ilə xarici,daxili Debitor və Kreditorlarla hesablaşmalar,üzləşmələr aparılması,sənəd dövriyyəsinin idarə edilməsi. Kassa və Bank əməliyyatlarının uçotunun qanuna uyğun şəkildə aparılmasına,kassa sənədlərinin tərtib edilməsinə,hesabatların hazirlanmasına və təqdim edilməsinə nəzarət. Təhtəl hesab şəxslərlə hesablaşmaların aparılması,hesabatların tərtibi və sənədlərin yoxlanılması. Əsas vəsaitlərin uçotunun aparilmasına, alınmasına, inventarizasiyasina, amortizasiyasına və silinməsinə nəzarət. Mal-Material uçotunun aparılması(e-qaimə və sənədlər üzrə alış,satış,geriqaytarma),dövrlük audit edilməsi (seçmə üsulla), illik auditə və sənədləşməsinə nəzarət. Müəssisə fəaliyyətinin analitik və sintetik uçotu üzrə məlumatların işlənməsi və hesabatların formalaşdırılması. Ticarət hasilatının uçotu və hesabatının hazırlanması. Yoxlamalar zamanı səlahiyyətli şəxs kimi şirkət tərəfindən çıxış etmək. Vergi və s dövlət qurumları ilə yazışmaların aparılması,lazımi cavablarla və sənədlərlə həm müəssisənin,həm də qurumların təmin edilməsinə nəzarət. Kadr uçotunun (sənədləşmə) qanuna uyğun (ƏM) şəkildə qurulması,nəzarət edilməsi və sistemə (Əmas) işlənilməsi. Əmək haqqı,xəstəlik, məzuniyyət və ezamiyə haqlarının hesablanması və ödənilməsi. Əmək haqqı cədvəllərinin və Tabellərin hazırlanması. İcbari və könüllü sığorta əməliyyatlarının təşkili,uçotu və müvafiq qurumlara hesabatların təqdim edilməsi. Tenderlərə qarantiyaların(İcra,Avans və.s) alınması və sənədlərin hazırlanması. İdxal olunan mal-material ehtiyatlarının maya dəyərinin hesablanmasına,YGB və QİB yazılmasına, və gömrük orqanlarına ödənilən vəsaitlərin hesablanmasına nəzarət və ödənilməsinin vaxtında təmin edilməsi. Gömrük əməliyyatları və xarici ticarət prosedurlarının idarə edilməsi. (İxrac, İdxal,Müvəqqəti İxrac və İdxal,Tranzit,Emal (göndərmə və gətirmə),Re- export və Re-import və.s) Bacarıqlar: -Alqı-Satqı və Xidmət müqavilələrinin hazırlanması - Təsisçi ilə borc müqavilələrin, qərar və s. hazırlanması - Təsis sənədlərində dəyişikliklərin edilməsi və müraciət edilməsi - Əmək müqaviləsinin hazırlanması *Mühasibat uçotu və konsultasiya - Hesab-fakturaların hazırlanması - E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi - Təhvil-təslim aktlarının hazırlanması - Qiymətin razılaşdırma protokolunun hazırlanması - Qarşılıqlı üzləşdirmə aktlarının hazırlanması - Bank ödəniş tapşırıqlarının yazılması - Bank vasitəsi ilə online ödənişlərin edilməsi - Əmək haqqı kartının açılması - Kassa kitabının yazılması - Tender və Katirovka sorğusu üçün sənədlərin toplanması, hazırlanması və lazımı yerlərə təqdim edilməsi * Dövlət Vergi Xidməti və DSMF - Mənfəət (Gəlir) vergisi bəyannaməsinin hazırlanması - Əlavə Dəyər Vergisinin hesablanması ,tərtibi və ödənilməsi (ƏDV) - Köhnə və yeni dövr üçün əvəzləşmələrin aparılması - Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi hazırlanması (Vahid bəyannamə) - Ödəmə mənbəyində tutulan vergilərin hesablanması ,tərtibi və ödənilməsi (ÖMV) - Sadələşmiş vergi bəyannaməsinin hesablanması ,tərtibi və ödənilməsi (SV) - Maliyyə hesabatlarının hazırlanması * Dövlət Vergi Xidməti və DSMF - Mənfəət (Gəlir) vergisi bəyannaməsinin hazırlanması - Əlavə Dəyər Vergisinin hesablanması ,tərtibi və ödənilməsi (ƏDV) - Köhnə və yeni dövr üçün əvəzləşmələrin aparılması - Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi hazırlanması (Vahid bəyannamə) - Ödəmə mənbəyində tutulan vergilərin hesablanması ,tərtibi və ödənilməsi (ÖMV)