Vakansiya: Tibb Nümayəndəsi (Bakı və Gəncə–Tovuz bölgəsi) Şirkətin dinamik və böyüyən komandasına qoşularaq dərman preparatları və tibbi məhsulların həkimlər və apteklər arasında peşəkar səviyyədə tanıdılmasını həyata keçirəcək əməkdaş axtarılır. Vəzifə öhdəlikləri: - Təyin olunan region üzrə həkim və apteklərlə vizitlərin planlaşdırılması və icrası - Şirkətin məhsulları barədə dəqiq, elmi və dolğun məlumatların tibbi heyətə çatdırılması - Mövcud müştəri bazasının qorunması və yeni müştərilərin (həkim/aptek) qazanılması - Satış planlarının vaxtında və effektiv yerinə yetirilməsi - Görülən işlər barədə rəhbərliyə gündəlik/həftəlik hesabatların təqdim edilməsi Tələblər: - Təhsil: Ali və ya orta ixtisas təhsili - Təcrübə: Təcrübəsiz, lakin güclü öyrənmə potensialı olan namizədlər də qiymətləndirilir və iş öyrədilir - Şəxsi keyfiyyətlər: Aktiv, ünsiyyətcil, təqdimat bacarığı yüksək, komandada işləməyi bacaran Qeyd: Gəncə–Tovuz ərazisinə fərqi yoxdur, bəylər və xanımlar müraciət edə bilər.