Vəzifə öhdəlikləri: • Cəmiyətin sənaye, ictimai və yaşayış obyektlərində su təchizatı, kanalizasiya və qazanxana sistemlərinin quraşdırılması, təmiri, sazlanması və profilaktik işlərini həyata keçirmək; • Su təchizatı, kanalizasiya və nasos sistemlərinin sxemlərinə və texniki çəkilişlərinə əsasən avadanlıqların quraşdırılması, sazlanması, montajı və cari təmirini yerinə yetirmək; • Quraşdırılmış sistemlərin hidravlik və funksional sınaqlarında iştirak etmək, nasazlıqları aşkarlamaq və aradan qaldırmaq; • Gündəlik işlərdə istifadə olunan materialların və alətlərin səliqəli istifadəsini və uçotunu təmin etmək; • İşlərin gedişatında əmək mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək; • Şöbə və briqada daxilində iş bölgüsünə əməl etmək və işçilərə praktiki dəstək göstərərək peşə bacarıqlarının artırılmasına kömək etmək; • Görülən işlər barədə bilavasitə rəhbərə məlumat vermək və hesabatların hazırlanmasına dəstək göstərmək; • Digər mühəndis bölmələri (elektrik, mexanika və s.) ilə qarşılıqlı əlaqəli və koordinasiyalı şəkildə işlərin icrasını təmin etmək. Namizədə tələblər: • Müvafiq ixtisas üzrə minimum 1-2 il iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür); • Müvafiq sahə üzrə peşə təhsili üstünlükdür; • Su, kanalizasiya və istilik sistemlərini quraşdırmaq və təmir etmək bacarığı. • Məsuliyyətlilik və intizamlı iş yanaşması; • Komandada işləmə və funksional tabelik prinsiplərinə uyğun fəaliyyət bacarığı. İş şəraiti: • İş yeri:Bakı şəhəri • İş qrafiki: 6 günlük iş həftəsi; • Əmək haqqı: 1000-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).