Klassik opera/binokl – krem rəngli korpus və qızılı haşiyəli obyektivlər. Kompakt ölçülü, əlçatan mərkəzi fokus tənzimləmə düyməsi ilə. Yüngül konstruksiya sayəsində teatra, operaya və konsertlərə uyğundur, həmçinin kolleksiyaçılar üçün dekorativ aksessuar kimi idealdır. Şüşə linzalar aydın görüntü verir. Dəri teksturalı qara qoruyucu futlyar (qapaqlı) ilə birlikdə. Retro üslubda zərif dizayn.