Salam ilk öncə özüm haqda məlumat verəcəm ~ 11 ildir ki bu sahədəyəm, şəkillərdə ki yeməklər əl işlərimin 100/1 hissəsidir sadəcə numunə olarağ paylaşmışam, tanınmış bir çox restoranların həm açılışını edib həmdə çox gözəl şəkildə işləmişəm, istər milli istər avropa mətbəxini bilirəm, pub məzələri, qazan tava yeməkləri, salatlar, fast food, fırın yeməkləri çörəkləri və s bir çox şeyi yüksəy keyfiyyətdə bilirəm, bu 11 il ərzində dayanmadan bütün sistemlərdə işləmişəm istər ailəvi istər pub, hotel, coffeshop və s fərq etmir bütün sistemlərdə təcrübəm yetərincədir, hal hazırda 27 yaşım var, 12 nömrəli bakı peşə lisseyi məzunu olmuşam, diplom və sertifkatlarım var, sənədlərim hamsı qaydasındadı, köməyçilərim və şəxsi kollektivimdə var (lazım olarsa), bazarlığ və restoranla bağlı ləvazimatınnan tut qidasına qədər hər bir topdanla kontaktım var, dəqiq və keyfiyyətdi iş görürəm, gündə gündə aşpaz dəyişməydən bezən müdüriyyətlər varsa buyurub zəng edə bilər daimi və problemsiz iş axtarıram) gördüyüm işlərin keyfiyyətinədə başımla cavabdehəm bəzi bağ belə bostan belə danışıb gəlib iş yarıtmıyan aşpazlardan deyiləm , aylığ sayım ilə, nizam intizamla, israfsız, mətbəxi idarə edirəm, konfilikt sevmirəm sakit təbiətdi öz işini görən biriyəm hal hazırdada təcili olarağ iş axtarıram hal hazırda iş axtarmağımın səbəbidə son iş yerimin bağlanmasına görədir. Təşəkkür edirəm bura qədər oxuduğunuza görə 🙏🏻 . Saat fərq etmir istədiyiniz vaxt əlaqə saxlıya bilersiz, ama xaiş eliyirəm zəng eliyib 20 manata aşpaz axtranlar yada boş boşuna vaxtımı oğruyanlar narahat eləməsin. Elanda qiyməti yazmışam və haqqınıda verirəm, Həqiqətən daimi və problemsiz işçi axtaranlar saat fərqi olmadan əlaqə saxliya bilər.