Honda Insight Hybrid, ağ mirvari rəng, ən dolu Touring komplektasiya. İlk sahibiyəm. Avtomobil həm texniki, həm də kosmetik cəhətdən əla vəziyyətdədir. Salon çox təmiz saxlanılıb, demək olar ki, cızıq və deformasiya yoxdur. Hibrid avtomobil olduğu üçün yürüşün əhəmiyyətli hissəsində elektrik mühərriki işləyib və daxiliyanma mühərrikinin yükü daha az olub. Bundan əlavə, avtomobil ABŞ-da Texas’da avtoban şəraitində istifadə olunduğundan mühərrik, transmissiya və digər hissələr şəhər rejimində istifadə olunan avtomobillərlə müqayisədə daha az yüklənib. Pas çürük qəti yoxdur. Heç bir airbag açılmayıb. Bütün germetik hissələr zavoddur. Mühərrikdə qram belə yağ sərfiyyatı yoxdur, daim Ravenol 0W-20 yağı istifadə olunub. Mühərrik və transmissiya yağları vaxtında dəyişdirilib. Hibrid sistem ideal işləyir, batareyanın vəziyyəti 94%-dir. Avtomobildə olan bütün funksiyalar tam işləkdir. Təkərlər, akkumulyator, əyləc sistemi və digər sərfiyyat hissələri çox yaxşı vəziyyətdədir. Yanacaq sərfiyyatı istifadə şəraitindən asılı olaraq orta hesabla 3.9–4.4 litr təşkil edir. Həm şəhərdə, həm də uzun yolda son dərəcə qənaətcil avtomobildir. Carfax qiymətləndirməsi 5 üzərindən 4.9 ulduzdur. Avtomobilə daim xüsusi diqqətlə qulluq olunub, əlavə xərc tələb etmir. Avtomobil al-ver məqsədilə alınmayıb, şəxsi istifadə üçün seçilib və bütün qulluq işləri vaxtında görülüb. Avtomobili istənilən servisdə, istənilən kompüter diaqnostikasından və texniki yoxlamadan keçirməyə hazıram. Real alıcı baxdıqda avtomobilin vəziyyətini özü görəcək. Belə baxımlı avtomobil tək-tükdür. Özüm də sürdüyüm müddətdə çox yaxşı baxmışam. Otur sür, əlavə xərc çəkmədən uzun müddət istifadə et.