Sənaye havalandırma və soyutma sistemlərinin layihələndirilməsi, istehsalı və quraşdırılması Təklif: - Havalandırma kanalları və hava paylayıcıları: dairəvi və düzbucaqlı hava kanalları, səssədləyicilər, klapan və difuzorlar, tavandan asma konstruksiyalar. - Mühəndislik layihəsi: obyektin hesablanması (hava mübadiləsi, statik təzyiq, səs və enerji sərfi), plan və sxemlərin hazırlanması. - Quraşdırma və sazlama: montaj, izolyasiya, avtomatika və sürət tənzimləyicilərinin qoşulması, balansa gətirmə və işə salma. - Servis və texniki baxım: periodik təmizləmə, filtr və hissələrin dəyişdirilməsi, nasazlıqların diaqnostikası. - Peşəkar sobalar və soyuducu avadanlıqların istehsalı: - Paslanmayan poladdan istehsal olunan mətbəx stansiyaları, soyuducu iş stolu (3 qapılı, elektron idarəetmə paneli, ventilyasiyalı kompressor bölməsi). - Soyuducu şkaf və kamera korpusları: modul tipli, qapılı konstruksiya, daxili hava dövranı üçün ventilyasiya panelləri. - Fərdi ölçü və komplektasiya: rəf sistemləri, masa üstləri, bordür və yanlıqlar, təkərli baza variantları. İstifadə sahələri: - Restoran, kafe, qida istehsalı və supermarket mətbəxləri - Ofis, ticarət mərkəzi, anbar və istehsal sahələri üçün havalandırma - Server otaqları və xüsusi temperaturlu zonalar Material və texnologiya: - Qalınlığı standartlara uyğun paslanmayan polad və galvanizə metal - Enerji səmərəli soyutma modulları, elektron temperatür göstəricisi - Sızdırmaz birləşmələr, asma və bərkidici sistemlər, vibrasiya izolyatorları Üstünlüklər: - Layihədən quraşdırmaya qədər tam həll - Obyektə uyğun ölçü və konfigurasiya imkanı - Sanitariya və yanğın tələblərinə uyğun icra Əlavə olaraq, mövcud avadanlıqların modernizasiyası və yenilənməsi xidmətləri göstərilir.