Kolleksiya nəşri olan Fikrət Əmirovun simfonik muğamları PASHA Bank-ın dəstəyi ilə hazırlanmışdır. Bu unikal layihə Beynəlxalq “Muğam Dünyası” Festivalı çərçivəsində həyata keçirilmişdir. Kolleksiya 3 diskdən ibarətdir və dahi bəstəkarın aşağıdakı şedevrlərini özündə birləşdirir: “Şur” “Kürd Ovşarı” “Gülüstan Bayatı-Şiraz” Əsərlər Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səsləndirilmişdir. PASHA Bank-ın bu təşəbbüsü Fikrət Əmirov tərəfindən 1948-ci ildə yaradılmış simfonik muğam janrının qorunub saxlanılmasına və təbliğinə yönəlmişdir. Məhdud sayda buraxılmış, hədiyyəlik kolleksiya nəşridir. 📍 Ünvan: Montin