Satılır: həyət evi TƏCİLİ SATILIR –400000 AZN Ünvan: Əliyar Əliyev küçəsi, 4. Təcili pula ehtiyac olduğu üçün dəyərindən aşağı qiymətə satılır. Bir həyətdə 2 yeni tikilmiş fərdi yaşayış evi satılır. 1-ci ev: - 130 kv.m - 5 otaq 2-ci ev: - 70 kv.m - 4 otaq Hər iki ev qoşa daşla yüksək keyfiyyətlə tikilib. Evlər yenidir, yaşayış olmayıb. Daxili təmir demək olar ki, tamamlanıb, yalnız divar kağızı (aboy) vurulmayıb. Yeni sahibi evi öz zövqünə uyğun tamamlaya bilər. Əlavə üstünlük: İki evin arasında eni 3 metr, uzunluğu 13 metr olan torpaq sahəsi var. Bu sahədən yay mətbəxi, besetka, bağça, uşaq oyun sahəsi və ya avtomobil dayanacağı kimi rahat istifadə etmək mümkündür. Üstünlükləri: - Su, işıq və qaz daimidir. - Evin döşəmədən dama qədər hündürlüyü 7 metrdir. - 2 metr 20 sm hündürlükdə geniş zirzəmisi var və anbar, emalatxana, idman zalı və ya istirahət otağı kimi istifadə oluna bilər. - Həyətdə iki ailənin rahat yaşaması üçün əlverişli şərait var. - Çox sakit və mədəni qonşular. Əla yerləşmə: - Şəhər mərkəzinə təxminən 15 dəqiqəlik məsafə. - 148 nömrəli məktəbin yaxınlığında. - Araz Market evin yanındadır. - 22 nömrəli avtobus birbaşa evin qarşısından keçir. - Koroğlu metrosuna təxminən 10 dəqiqəlik piyada məsafədədir. Həm yaşamaq, həm də gələcək investisiya üçün çox əlverişli seçimdir. Qiymət: 400 000 AZN.