51 sot torpaq sahəsi satılır Torpaq sahəsi 7 Gözəl şəlaləsinə gedən yolun üzərində, birbaşa yol kənarında yerləşir. Ərazi gözəl dağ mənzərəsinə, təmiz havaya və sakit təbiətə malikdir. Ətrafı yaşayış sahələri ilə əhatə olunub, yaxınlığından kommunal xətlər keçir. Torpaq kənd təsərrüfatı təyinatlıdır və kupça (çıxarış) mövcuddur. Ətrafının yaşayış sahələri ilə əhatə olunması və kommunal xətlərin birbaşa yaxınlıqdan keçməsi, gələcəkdə torpağın təyinatının yaşayış/həyətyanı sahə kimi dəyişdirilməsi prosesini daha real və əlçatan edir. Bu da torpağın həm istifadə, həm də investisiya baxımından perspektivini artırır. Ərazidə həyətyanı torpaqların 1 sotunun qiyməti təxminən 15 000 AZN-dən başlayır və bölgədə torpaq qiymətləri artmaqda davam edir. Bu səbəbdən torpaq gələcək üçün də yaxşı investisiya potensialına malikdir. Torpağın 1 sotunun satış qiyməti 9 500 AZN-dir. Ümumi sahə 51 sotdur və torpaq yalnız bütöv şəkildə satılır, hissə-hissə satış yoxdur. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Yol kənarında yerləşməsi, gözəl dağ mənzərəsi, yaşayış sahələrinə və turistik əraziyə yaxınlığı torpağın əsas üstünlüklərindəndir. Mülkiyyətçi özüməm. Maklerlər və vasitəçilər narahat etməsin. Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.