Yumşaq flanel materialdan hazırlanmış, dama naxışlı çiyin çantası. İki tərəfli qalın sapı sayəsində rahat daşınır. Geniş əsas bölmə gündəlik istifadə üçün uyğundur: kitab, planşet, su qabı və s. kimi əşyaları asanlıqla yerləşdirir. Ön hissədə kiçik açıq cib mövcuddur – telefon, açar və xırda aksesuarlar üçün əlverişlidir. Bej, qəhvəyi və tünd-mavi tonlarda klassik dama dizaynı ilə gündəlik geyimlə asan uyğunlaşır. Çantanın üzərində pişik loqolu parça etiket yerləşir. Yüngül, yumşaq toxumalı və qatlanaraq az yer tutur; alış-veriş, universitet, iş və gəzinti üçün praktik seçimdir.