Tapdı🛒 Mallar (yeni/işlənmiş)Bakı

Xiaomi Electric Scooter 6 Max şəhəriiçi sürüş və rahatlıq baxımından

1 350 AZN

Təsvir

Xiaomi Electric Scooter 6 Max şəhəriiçi sürüş və rahatlıq baxımından Xiaomi-nin ən güclü və komfortlu elektrik skuter modellərindən biridir. Əsas Texniki Göstəricilər: Mühərrik Gücü: Əsas güc 450W, pik (maksimal) güc 1100W (arxa ötürməli). 24%-dək yoxuşları rahat qalxır. Maksimal Sürət: 25 km/saat (3 fərqli sürət rejimi var). Məsafə Qət Etmə (Range): Eco rejimdə (15 km/s) 70 km-ə qədər. Maksimal sürətlə (25 km/s) tam şarjla ortalama 45 km məsafə gedir. Bataareya: 468 Wh (10Ah / 468Wh lithium) yaddaş. Yükötürmə Qabiliyyəti: Maksimum 130 kq çəki götürür. Cihazın Çəkisi: Korpus gücləndirilmiş karbon poladdan olduğu üçün çəkisi 29.7 kq-dır. Əsas Üstünlükləri və Xüsusiyyətləri: 1. İkiqat Amortizasiya Sistemləri: Əvvəlki modellərdən fərqli olaraq qabaqda 45 mm gedişli uzun amortizator və arxada qoşa yaylı (dual spring) asqı sistemi var. Kələ-kötür yollarda çox rahatlıq təmin edir. 2. Böyük 12 Düyümlük Tubeless Təkərlər: Kamerasız təkərlər həm yol tutuşunu 40% artırır, həm də deşilməyə qarşı daha davamlıdır. 3. Suya və Toza Qarşı Tam Qoruma (IPX6): Bütün gövdə IPX6 standartına cavab verir, yağışlı havalarda rahat sürülə bilər. 4. TCS (Traction Control System) Anti-Slip: Sürüşkən və ya qumlu yollarda arxa təkərin sürüşməsinin qarşısını alan dartı idarəetmə sistemi ilə təchiz olunub. 5. Əyləc Sistemi: Qabaq və arxa diski əyləclər + arxa E-ABS elektron əyləc sistemi. 6. Ağıllı Funksiyalar: 3 düymlüq TFT rəngli displey (zaryadka, sürət və rejimləri rahat görmək üçün). Apple Find My dəstəyi (iPhone istifadəçiləri skuterin harada olduğunu xəritədən izləyə bilir). Xiaomi Home tətbiqi vasitəsilə mühərrik kilidlənməsi, batareya sağlamlığının izlənməsi (BMS) və rekuperasiya (enerji bərpası) ayarları. Quraşdırılmış dönmə işıqları (döngə siqnalları). Model xüsusilə çətin yollarda amortizasiyası, böyük təkərləri və dik yoxuşları rahat qalxması ilə seçilir.