Salon üçün avadanlıq dəsti - Saç yuma bölməsi: Qara keramika kasalı lavabo, qarışdırıcı kran və duş başlığı ilə. Boyun hissəsi üçün anatomik kəsim, su giriş-çıxış və drenaj qoşuntuları mövcuddur. Sabit podium əsas, önündə ayaq dayağı. - Yuma kreslosu: Yumşaq süngərli oturacaq və arxalıq, metal konstruksiyalı qövs formalı qol dayaqları. Lavaboya uyğun bucaqla yerləşdirilmiş, rahat oturuş verir. - Vizaj/ustad kreslosu: Dəriyəoxşar materialla üzlənmiş oturacaq və arxalıq, açıq arxa dizayn. Qaldırma-endirmə mexanizmi (hidravlik/ qaz lifti), 360° fırlanan baza. Beşşaxəli xrom ayaqlıq, rezin altlıqlar sabitlik və döşəmənin qorunması üçün. İstifadə sahəsi: - Gözəllik salonu, bərbərxana, uşaq və ya kişi salonu üçün praktik həll - Saç yuma, boyama, qulluq prosedurları və kəsim üçün rahat iş mühiti yaradır Material və xüsusiyyətlər: - Kreslolar: asan təmizlənən, nəmə davamlı üzlük - Metal karkas: möhkəm və dayanıqlı - Lavabo: parlaq keramika səth, rahat su axını və şampun yerləşdirmə sahəsi Paket tərkibi şəkillərdə göründüyü kimidir: saç yuma lavabosu ilə inteqrə edilmiş kreslo və ayrıca hündürlüyü tənzimlənən salon kreslosu.