Tapdı🛒 Mallar (yeni/işlənmiş)Masazır

Satış meneceri tələb olunur, 18-29 yaş, Təcrübəsiz

100 AZN

Təsvir

Avteza satış komandasına yeni əməkdaş axtarır. Avteza Azərbaycanda bizneslər üçün hazırlanmış süni intellekt əsaslı satış asistentidir. Platformamız WhatsApp və Instagram üzərindən müştərilərə avtomatik cavab verir, sifariş və rezervasiyaları qəbul edir. Hazırda Bakı üzrə satış komandamızı formalaşdırırıq və nəticəyə fokuslanan əməkdaşlarla işləmək istəyirik. Vəzifələr Kafe, restoran, salon, klinika və digər bizneslərlə əlaqə yaratmaq. Avteza platformasını təqdim etmək və qısa demo göstərmək. Müştərilərin suallarını cavablandırmaq. Müqavilənin bağlanmasına və müştərinin sistemə qoşulmasına dəstək olmaq. Biz nə təklif edirik? Satış üzrə tam təlim və təqdimat materialları. Çevik iş qrafiki. 33 Perspektivli texnologiya startapında inkişaf imkanı. Bağladığınız hər satış üzrə yüksək komissiya. Əməkdaşlıq modeli komissiya əsasındadır. Hazırda sabit maaş əvəzinə hər uğurlu satış üçün komissiya ödənilir. Orta hesabla bir satışdan 80-200 AZN və ya daha yüksək gəlir əldə etmək mümkündür. Qazancınız etdiyiniz satışların sayından asılıdır. Tələblər Azərbaycan dilində səlis danışıq. Ünsiyyət qurmağı və satış etməyi sevmək. Məsuliyyətli və dürüst olmaq. "Yox" cavabından çəkinməmək. Satış təcrübəsi üstünlükdür, lakin məcburi deyil. Müraciət CV-nizi göndərin və özünüz haqqında qısa məlumat əlavə edin.