Xırdalan və Masazır ərazilərində yerləşən uşaq bağçalarında dayə vəzifəsi üzrə iş axtarıram. Təhsilim ibtidai sinif müəllimliyi ixtisasıdır. Uşaqlarla səmimi ünsiyyət qurmağı, onların qayğısına qalmağı və yüksək məsuliyyətlə işləməyi bacarıram. Münasib vakansiya olduqda mənimlə əlaqə saxlaya bilərsiniz.