Adamex Galaxy Uşaq arabası. Çox keyfiyyətlidir, üzərində heç bir qüsur/zədə yoxdur. Ağcaqanad setkası, qış örtüyü, çantası var. Baqajı böyük və ağırlığa dözümlüdür. Amortizasiyası çox gözəldir, idarəetməsi çox asan və yüngüldür. Arxada təkərlərdə ümumi tormoz, ön təkərlərdə isə istiqamətin düz saxlanmasını üçün tənzimləyici var. Arxa təkərlər asanlıqla çıxır (kiçik baqajlara daha rahat yerləşdirmək üçün). Kolyaskanın ön hissəsi lazım olduqda tam qapanır körpələr üçün, istədikdə isə böyük uşaqların rahat oturub ayaqlarını sallaması üçün dəyişilib plastik dəstək taxmaq mümkündür. Kolyaskanın arxa hissəsini yay-qış rejimlərinə uyğun olaraq örtüyünü taxıb çıxarmaq olur. Kolyaskanın istiqamətini üzü anaya/üzü çölə doğru hər iki cür tənzimləmək mümkündür.