Qara şifon kombinezon – ikiqat qatlı,asimmetrik kəsimli üst və düz kəsimli şalvar hissədən ibarət. Üst hissə yüngül, axıcı şifondandır, qısa, yarı şəffaf qol kimi enən laylarla rahat oturuş verir. Dairəvi yaxalıq. Sağ tərəfdə asimmetrik kəsik boyunca iri parlaq daşlarla işlənmiş dekorativ bəzək xətti diqqət mərkəzini yaradır. Şalvar hissə baldırdan bir qədər yuxarı bitən düz paçalı formadadır. Rəng: dərin qara. Material: yüngül şifon (üst), elastik astar. Dizayn detalı: yan tərəfdə çoxsıralı kristal daş aplikasiyası. Rahat hərəkət üçün boş siluet…………………………………………………………………………