Süd keçisi – ağ rəngli, qısa tüklü, boynunda yaxalıqla. Orta ölçülü bədən quruluşu, yığcam baş, saqqallı. Sağrı və döş nahiyəsi inkişaf etmiş, yelin iri və simmetrikdir, sağım üçün rahatdır. Gündəlik süd istehsalı üçün yararlıdır; təmiz süd verir, pendir, qatıq və digər süd məhsulları üçün uyğundur. Açıq məkanda otarmağa, həmçinin həyətyanı şəraitdə saxlanmağa uyğun. Sakit xarakterli, sürü ilə asan gedir. Ailə təsərrüfatları və kiçik ferma üçün əlverişli seçim.