Tapdı🛒 Mallar (yeni/işlənmiş)Bakı

Su maşını sürücüsü Vəzifə öhdəlikləri: • Su maşınını təhlükəsiz və

0 AZN

Təsvir

Su maşını sürücüsü Vəzifə öhdəlikləri: • Su maşınını təhlükəsiz və peşəkar şəkildə idarə etmək, nəqliyyat vasitəsinin texniki sazlığını və daşınan suyun təhlükəsiz daşınmasını təmin etmək; • Tikinti sahələrində tozun və qumun havaya qalxmasının qarşısını almaq məqsədilə ərazilərin mütəmadi sulanmasını həyata keçirmək; • Hərəkət zamanı, xüsusilə su ilə dolu çənlə manevr edərkən, təhlükəsiz sürət həddini və ara məsafəsini qorumaq; • Nəqliyyat vasitəsini yalnız təhlükəsiz yerlərdə saxlamaq, avtomobili tərk edərkən bütün təhlükəsizlik tədbirlərinə riayət etmək; • Su çəninin (sisternin), nasosun, paylayıcı şlanqların və digər xüsusi avadanlıqların texniki vəziyyətinə mütəmadi nəzarət etmək; • Su doldurma və boşaltma proseslərində təhlükəsizlik qaydalarına əməl etmək, suyun sızmasının və israfının qarşısını almaq; • Avtomobilin texniki vəziyyətini gündəlik yoxlamaq və istismar təlimatına uyğun zəruri tədbirləri həyata keçirmək; • Nəqliyyat vasitəsinin mühərrik hissəsinin, salonunun və su sistemlərinin təmizliyini və saz vəziyyətini təmin etmək; • Sağlamlıq vəziyyəti və iş qabiliyyətinə təsir göstərə biləcək hallar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq; Namizədə tələblər: • C kateqoriyalı etibarlı sürücülük vəsiqəsi • Su maşını və ya yük avtomobili idarəetmə sahəsində iş təcrübəsi; • Yol hərəkəti qaydalarını və təhlükəsizlik normalarını yaxşı bilmək; • Texniki nasazlıqları ilkin səviyyədə müəyyən etmək bacarığı; • Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı; İş şəraiti: • İş qrafiki: 6 günlük iş həftəsi; • Əmək haqqı: 800-900 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).