Vintage üslubda 3 bölməli foto çərçivə. Metal konstruksiyalı, dəri ilə üzlənmiş dekorativ modeldir. Çərçivənin orta hissəsi daha böyük oval formadadır, yanlarda isə iki ədəd kiçik oval foto bölməsi yerləşir. Zərif naxışlı relyefli kənarlar, klassik ornamentlər və antik görünüşlü dizayn interyerə dekorativ görünüş verir. Masa, komod, konsol və ya rəf üzərində yerləşdirmək üçün uyğundur. Ailə şəkilləri, portretlər və xatirə fotolarının nümayişi üçün nəzərdə tutulub. Şəkildə orta hissə üçün 9 x 13 sm ölçü qeyd olunub. Qiymət: 30 AZN.