Zövqlü dizayna malik yemək masası dəsti. Dəstə geniş düzbucaqlı masa və klassik üslubda yumşaq oturacaqlı, hündür arxalı stullar daxildir. Masa ağ rəngli, parlaq səthə malikdir və qonaq otağı və ya yemək otağı üçün estetik görünüş yaradır. Alt hissəsində qapılı saxlama bölməsi var; qab-qacaq və digər məişət əşyalarının yerləşdirilməsi üçün əlverişlidir. Konstruksiyasında qızılı rəngli dekorativ elementlər istifadə olunub. Stullar açıq bej/boz tonlarında yumşaq üzlüklə işlənib, arxa hissəsi düyməli kapitone görnüşdədir. Yuxarı hissədə naxışlı, qızılı vurğulu klassik ornamentlər mövcuddur. Ayaqları zərif formadadır və ümumi interyerə dəbdəbəli görünüş qatır. Dəst klassik və neoklassik üslubda interyerlərə uyğun gəlir, ailəvi yeməklər və qonaq qəbul etmək üçün rahat və nümayişli seçimdir.