Vakansiya: Satış Təmsilçisi (Bakı və bütün rayonlar) Edusinaq.az – Azərbaycanda fəaliyyət göstərən onlayn təhsil platforması. Platforma məktəbəqədər hazırlıq, ibtidai, ümumi orta və tam orta təhsil, buraxılış, qəbul, MİQ, magistratura, dövlət qulluğu və digər istiqamətlər üzrə onlayn sınaq imtahanları təqdim edir. Məqsəd: şagirdlərin bilik səviyyəsini qiymətləndirmək, müəllimlərin və təhsil müəssisələrinin nəticələri rahat izləməsinə şərait yaratmaq, imtahana hazırlığı effektivləşdirmək. Platformada: - Müəllimlər və kurslar üçün şəxsi kabinet - Müəllimlər üçün qrup yaratma imkanı - Şagirdlərin qruplara əlavə olunması və onlayn sınaqlarda iştirakı - Sınaq sonunda nəticələrin avtomatik hesablanması - Müəllimlər üçün ballar, düzgün/səhv cavablar, ümumi statistika və inkişaf göstəricilərinə çıxış - Müəyyən nəticə əldə edən istifadəçilərə elektron təltifnamə Vəzifə öhdəlikləri: - Məktəblər, hazırlıq kursları və fərdi müəllimlərlə əlaqə yaratmaq, görüşlər təşkil etmək - Edusinaq.az platformasını yerində və ətraflı təqdim etmək - Funksiyalar, üstünlüklər və istifadə qaydasını izah etmək - Rəhbərlik və müəllimlərlə əməkdaşlıq görüşləri keçirmək - Müəllimlərin qeydiyyatı və şəxsi kabinetin yaradılmasına dəstək olmaq - Qrupların yaradılması, şagirdlərin əlavə edilməsi və sınaqların təyin edilməsi prosesini izah etmək - Nəticələrin izlənməsi, elektron təltifnamə və digər üstünlükləri təqdim etmək - Yeni əməkdaşlıqlar qurmaq, mövcud tərəfdaşlarla müntəzəm əlaqə saxlamaq - Onlayn sınaqların satışını həyata keçirmək - Müştəri suallarını cavablandırmaq və istifadə dəstəyi göstərmək - Görülən işlər və satış nəticələri barədə hesabat vermək Tələblər: - Güclü ünsiyyət və təqdimat bacarığı - Məsuliyyətli, aktiv və məqsədyönlü olmaq - Satış sahəsinə maraq, komandada işləmək bacarığı - Məktəb, kurs və müəllimlərlə sərbəst görüşlər keçirə bilmək - Satış təcrübəsi üstünlükdür; təcrübəsiz, öyrənməyə həvəsli namizədlər də müraciət edə bilər İş şəraiti: - İş əsasən sahədə həyata keçirilir - İş qrafiki görülən işə uyğun tənzimlənir - Bakı və Azərbaycanın bütün rayonları üzrə aktivdir Ödəniş: - Əməkhaqqı satış nəticələrinə əsasən - Satılan hər bir onlayn sınaq üzrə 10% komissiya Müraciət: - WhatsApp: 050 202 18 43 - E-poçt: info@edusinaq.az - CV və ya qısa məlumatı WhatsApp və ya e-poçtla göndərə bilərsiniz.