Yardımçı reabilitasiya vasitələri - Gəzinti çərçivəsi (walker): İki ön təkərli, yüngül alüminium konstruksiya. Yüksəklik tənzimlənir (ayaqlarda deşikli mexanizm), sürüşməyə qarşı rezin ucluqlar arxada, ön tərəfdə dayanıqlı təkərlər. Yumşaq tutacaqlar, qatlanabilir gövdə – saxlanması və daşınması rahatdır. Ev daxilində sabit dəstək axtaranlar üçün uyğundur. - Qolaltı kruçkalar (ön qol kruçkası): Anatomik plastik qol dayağı və tutacaq, sürüşməyən rezin uclar. Hündürlüyü tənzimlənən metal boru. Uzunmüddətli gəzinti zamanı yüklənməni bərabər paylayır. - Qoltux kruçkaları: Alüminium gövdə, yumşaq qoltuqaltı və əl tutacağı, addım uzunluğuna uyğun çoxpilləli hündürlük tənzimlənməsi, aşınmaya davamlı rezin uclar. Ayaq və ya diz zədələrindən sonra hərəkət üçün dayanıqlı seçimdir. İstifadə sahəsi: reabilitasiya, əməliyyat və ya travmadan sonra hərəkət dəstəyi, yaşlılar üçün gündəlik gəzinti köməkçisi. Üstünlüklər: yüngül material, tənzimlənən ölçülər, etibarlı dayaqlar, asan təmizlənən səthlər.