Tapdı › 🛒 Mallar (yeni/işlənmiş) › Saray

Havalandırma və tüstüqoruyucu sistemlərin hazırlanması və

100 AZN
⚠️ Bu elan 167 gün əvvəl yerləşdirilib. Vaxtı çox ötüb — qiymət/əlçatanlıq dəyişmiş ola bilər.

Təsvir

Havalandırma və tüstüqoruyucu sistemlərin hazırlanması və quraşdırılması xidməti. - Sinklənmiş metal (qalay) materialdan istehsal: kvadrat və dairəvi hava kanalları, keçidlər, flanşlı birləşmələr, klapan/lyuk hissələri - Restoran, kafe, istehsalat və anbarlar üçün mətbəx başlıqları (küpə) və yağtutan filterli örtüklər - Dam üstü baca başlıqları, yağışa və geri çəkilməyə qarşı konuslu deflektorlar - Obyektin ölçüsünə uyğun layihələndirmə, ölçü götürmə və yerində yığma - Uzun məsafəli magistral kanalların asma konstruksiyalarla montajı, sızdırmazlıq və istilik izolyasiyası işləri - Mövcud sistemlərin yenilənməsi və hissə-hissə istehsalı mümkündür - Material qalınlığı və kəsik ölçüləri tələblərə uyğun seçilir; səliqəli kənar emalı və möhkəm perçin/bolt birləşmələr İş nümunələri şəkildə göstərilib: dam tipi iki bacalı modul, müxtəlif formalı kvadrat kanallar, mətbəx çəkici və tavanaltı dairəvi xətt.