Tapdı🛒 Mallar (yeni/işlənmiş)Bakı

3 otaqlı, Yeni tikili, 107 kv. m

200 000 AZN

Təsvir

Qaraçuxurda, 318 nömrəli məktəbin yanında yarıtəmirli mənzil satılır! Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində, 318 nömrəli məktəbin düz yanında yerləşən yeni tikili elit apartman tipli binanın 5-ci mərtəbəsinin 3-cü mərtəbəsində 107 kv.m sahəsi olan geniş və işıqlı mənzil satılır. Binada lift var, qaz, su və elektrik enerjisi daimidir. Mənzilin sənədi hal-hazırda müqavilədir, yaxın zamanda çıxarış (kupça) veriləcəkdir. Mənzil şəxsi yaşayış üçün keyfiyyətli və elit tikinti materiallarından istifadə olunaraq təmir edilmiş, təmir işlərinin 50-60%-i tamamlanmışdır. Hamam, tualet, koridor və mətbəx üçün yüksək keyfiyyətli, elit seqmentə aid kafel və metlaxlar artıq alınıb mənzildədir. İstilik sistemi üçün kombi xətləri çəkilmiş və radiatorlar alınıb hazır vəziyyətə gətirilmişdir. Elektrik naqilləri ən keyfiyyətli və bahalı materiallarla çəkilmiş, döşəmə (pol) vurulmuş və girişə premium keyfiyyətli möhkəm çöl qapısı quraşdırılmışdır. Məktəbə, bağçaya və infrastruktur obyektlərinə çox yaxın, sakit mühitdə yerləşən bu mənzilin qiymətində real alıcıya yerində baxış keçirildikdən sonra mütləq endirim olunacaqdır. Əliyev Fuad (055 506 43 15) Whatsapp vasitəsi ilə də yaza bilərsiniz