Satılır: iPhone 12 – 64 GB Telefon tam ideal vəziyyətdədir. Donma, ilişmə və ya hər hansı texniki problemi yoxdur və bütün funksiyaları tam işləkdir. Telefonun üzərində xüsusi sifarişlə gətirilmiş premium keyfiyyətli korpus quraşdırılıb. Bu, bazarda satılan 110–130 manatlıq adi korpuslardan deyil. Qırılmayan, rəngi solmayan, uzunömürlü və yüksək keyfiyyətli korpusdur. Təkcə korpusun dəyəri təxminən 205 manat, quraşdırılması ilə birlikdə ümumi xərc 230–235 manat təşkil edib. Cəmi 5 gün əvvəl 65 manata yeni orijinal batareya quraşdırılıb. Batareya bir günü rahatlıqla çıxarır. Telefon əvvəllər heç bir təmir görməyib. Yalnız korpus və batareya dəyişdirilən zaman açılıb. 64 GB yaddaşa malikdir. Karobkası yoxdur. Telefon orijinal adapter başlığı və orijinal USB kabeli ilə birlikdə veriləcək. Real alıcılar əlaqə saxlasın. Ciddi alıcı ilə qiymətdə razılaşmaq mümkündür.