Salam, dəyərli və xeyirxah insanlar. Çox çətin vəziyyətdə olduğumuz üçün sizə müraciət edirik. İki azyaşlı uşağımız var. Kirayə qaldığımız evdən çıxmışıq və hazırda qalmağa yerimiz yoxdur. Müvəqqəti olaraq cəmi 3 günlük sığınacaq tapa bilmişik. Maddi vəziyyətimiz çox ağırdır. Uşaqlarımıza ərzaq almağa belə imkanımız yoxdur. Bizə kömək edə biləcək xeyirxah insanların dəstəyinə çox ehtiyacımız var. Eyni zamanda iş də axtarırıq. Qalmaq yeri ilə birlikdə iş olsa, bizim üçün böyük kömək olar. Özüm ev ustasıyam və elektrik işlərini yüksək səviyyədə bacarıram. Bundan əlavə, bağ işi, bağa nəzarətçi (axran) işi və ya fəhlə işi də olsa, işləməyə hazıram. Bizim üçün əsas odur ki, ailəmizin başını qoymağa bir damı və uşaqlarımızın qarnını doyurmağa çörəyi olsun. Əgər bizə iş, qalacaq yer və ya ərzaq dəstəyi ilə kömək edə bilsəniz, sizə ömrümüz boyu minnətdar olarıq. Allah etdiyiniz hər bir yaxşılığı özünüzə və ailənizə qat-qat artığı ilə qaytarsın. Əlaqə saxlamaq istəyən xeyirxah insanlardan bizimlə əlaqə yaratmağı xahiş edirik. Ümidimiz yalnız Allahadır və Onun mərhəmətli bəndələrinədır.