Tapdı🛒 Mallar (yeni/işlənmiş)Bakı

Hyundai Accent: 1.6 l | 2014 il Sedan

17 000 AZN

Təsvir

Maşın şəxsi istifadə olunub, vaxtında qulluq edilib. Mühərrik və avtomat sürətlər qutusu tam saz vəziyyətdədir, işləməsində heç bir problem yoxdur. Yürüş orijinaldır. Avtomobil 2 il yarımdır məndədir. Şəxsi istifadə üçün Cənubi Koreyadan gətirilib. Bu müddət ərzində təxminən 62 000 km sürülüb və bütün texniki qulluq işləri vaxtında görülüb. Avtomobil həm ekonom, həm də dinamikdir. Kondisioner, peç və bütün elektron avadanlıqlar tam işlək vəziyyətdədir. Avadanlıqlar: 1.6 VGT Turbo Dizel (128 a.g.) Avtomat sürətlər qutusu Android monitor Arxa park radarları LED dönmə siqnallı yan güzgülər Yüngül lehimli disklər Mərkəzi qapanma Kondisioner Elektrik şüşələr Salon təmiz və səliqəlidir. Kuzov ümumi olaraq yaxşı vəziyyətdədir, istifadəyə uyğun bəzi xırda kosmetik izlər mövcuddur. Avtomobil Atəşgah Sığorta şirkətində KASKO sığortası ilə sığortalanıb ki, bu da avtomobilə daim diqqətlə yanaşıldığının göstəricisidir. İstənilən servisdə yoxlatdırmaq mümkündür. Real alıcı ilə avtomobilə baxıldıqdan sonra cüzi endirim nəzərdə tutulur