Tapdı🛒 Mallar (yeni/işlənmiş)Bakı

Hazır Şirniyyat Biznesi – İşlək Emalatxana və Avadanlıqlar Şirniyyat

29 000 AZN

Təsvir

Hazır Şirniyyat Biznesi – İşlək Emalatxana və Avadanlıqlar Şirniyyat istehsalı və satışı üçün bütün zəruri, keyfiyyətli avadanlıqlarla tam təchiz olunmuş hazır emalatxana. 📍 Ünvan: Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 12 📐 Sahə: 110 m² ⚡ Obyekt yüksək güclü elektrik enerjisi ilə təchiz olunub. Diqqət: Satılan obyekt deyil, yalnız avadanlıqlardır. Bütün avadanlıqlar quraşdırılmış vəziyyətdədir. İstəyən şəxs gəlib yerində baxa, yoxlaya və işlək vəziyyətdə olduğuna əmin ola bilər. Təklif olunan 3 variant: 1. Nağd alış Avadanlıqları nağd alan şəxs obyektin aylıq 1 200 AZN icarə haqqını ödəməklə fəaliyyətini həmin ünvanda davam etdirə bilər. İstəyərsə, avadanlıqları öz obyektinə köçürə də bilər. 2. Avadanlıqla birlikdə icarə Biznesə başlamaq istəyən, lakin hazırda avadanlıqları almaq imkanı olmayan şəxslər üçün uyğun seçimdir. Depozit və razılaşdırılmış şərtlərlə emalatxana avadanlıqlarla birlikdə aylıq 2 000 AZN-ə icarəyə verilir. 3. İlkin ödəniş + hissə-hissə ödəniş İlkin ödəniş etməklə və aylıq ödənişləri vaxtında yerinə yetirmək şərti ilə avadanlıqlara hissə-hissə sahib olmaq mümkündür. Bütün məbləğ ödənilənədək fəaliyyət həmin ünvanda davam etdirilir. Ödənişlər tam və gecikmədən həyata keçirildikdən sonra avadanlıqlar alıcının mülkiyyətinə keçir. İş qurmaq istəyənlər üçün hər üç variant sərfəli və əlverişli təklifdir. Əlaqə: Zəhmət olmasa yalnız WhatsApp vasitəsilə yazın. Bütün müraciətlərə operativ cavab veriləcək. Vüqar