Playstation 4 Pro 1 TB satılır, 1 original pult ilə. Konsolun vəziyyəti yaxşıdır. Sadəcə oyun oynayanda biraz səs olur, çünki içində tozunu təmizlətdirmək lazımdır. Usb yerləri hamısı işləyir. Diskləri bəzən 2-ci dəfədə aça bilər, yəgin ki, içi təmizlənməlidir ona görə. Şəkildə gördüyünüz oyunların disklərini açıb. Diskləri yoxlamaq üçün götürmüşdüm, onlar satılmır. Hdmi kabel və usb kabel yoxdur.