Salam! Öz şəxsi kompüterimdə RX 6650 XT ekran kartını satıram qutusuda var . Kart tam ideal vəziyyətdədir, heç bir problemi, qızması və ya səs-küyü qətiyyən yoxdur.3 fanlı, zavoddan overklok olunmuş və soyutma sistemi ən güclü olan modellərdən biridir. Mayninqdə qətiyyən istifadə olunmayıb. Özum gameing üçün şəxsi istifade etmisem ! Yalnız oyun və dizayn işləri üçün istifadə etmişəm. Esasda 1440p ultra bele FPS stabil ala bilmisem . VR oyunlarinda da 2 qat renderde her goz ucun ordada performansi qoruya bilib . Kart hər zaman ASUS ROG Strix 550W Gold kimi premium və təhlükəsiz qida bloku ilə işlədilib. Yəni ucuz qida bloklarının yaratdığı cərəyan dalğalanmalarından tam qorunub və ömrü uzun olub. #videokart AMD RX 6650XT #videocart Zavod plombu üzərindədir: Heç vaxt açılmayıb, usta üzü görməyib, təmirdə olmayib . İstənilən yoxlanışa hazırdır! Gəlib yerindəcə FurMark stress testinə və ya ağır oyunlara salıb, dərəcəsinə və gücünə öz gözünüzlə baxa bilərsiniz. Sakit veziyyetde 27 derecede , oyunda (Cyberpunk ultrada) 60 derecede dayanib mende, fanda 50% de sessiz rejimde. Bu qrafik kart ozunu mene ciddi sekilde sübut eden kartlardan oldu . Stress Test (Şəkillərdə var): > Elanı yerləşdirməzdən dərhal əvvəl FurMark stress testi etmişəm. Kart 100% yük altında və tam 164W enerji çəkdiyi halda, 11-12 dəqiqə ərzində cəmi 55-56 dərəcədə dayanır! Gigabyte Windforce soyutma sistemi kartı ideal şəkildə soyudur. (Qeyd: Şəkildə 2 ədəd GPU görünməyinin səbəbi prosessorumun Ryzen 5 5600G daxili qrafikasıdır (APU).