Toba ST-311 (Qoşa Motor / 3000W) – Güclü skuter, normal işləkdir! 📝 Elan Mətni: Qiymət: 650 AZN (Real alıcıya yerində endirim olacaq) Salam. Toba ST-311 modelli super güclü skuterimi satıram. Özüm vaxtilə 1800 manata almışam. İşlərlə bağlı vaxtım olmadığı üçün demək olar ki, çox gec-gec istifadə olunur, evdə qalıb. Hal-hazırda normal işlək vəziyyətdədir, gündəlik rahatca oturub sürmək olur. Elə bir ciddi problemi yoxdur. Texniki Göstəriciləri (Zavod): Gərginlik və Batareya: 48 Volt, 20 Amper (48V 20AH) – Tam şarjla zavod gediş məsafəsi 50–60 km təşkil edir. Mühərrikin Gücü: Qoşa motordur (Dual Motor). Hər təkər 1500W, ümumilikdə 3000W təmiz gücü var. Maksimum Sürət: Sürəti çox əladır, rahatlıqla 60–75 km/s arası sürət yığır. Görünüşü və İşıqları: Səliqəli baxılıb. Üstündə əlavə olaraq xüsusi güclü işıqlar (Angel Eyes və LED fənərlər) quraşdırılıb, gecə gedişini super işıqlandırır. Hazırkı vəziyyəti və Ön təkər barədə məlumat: Hal-hazırda arxa motorla tam normal, saz şəkildə sürülür. Gündəlik işə-evə və ya kuryerliyə tam yararlıdır. Ön təkərin paçevnikini dəyişmək istəyəndə paçevnik yeri qırılmışdı. Əziyyət çəkib tam sökdürüb, arqon svarka vurdurmuşam və yerini otuzdurmuşam, o tərəfdən heç bir problem yoxdur. Sadəcə svarkadan sonra ön təkər fırlanmaq istəyir, nəsə gücə düşür və qayıdır dayanır (hazırda ön təkər tam işləmir). Bunu açıb baxmağa və düzəltməyə vaxtım yoxdur. Sırf bu işlərdən anlayışı olan, özü açıb baxıb düzəldə bilən və ya bir dənə ön təkər tapıb quraşdıran üçün əla variantdır. Hazırda tək arxa motorla da normal getdiyinə görə bu vəziyyətdə, ucuz qiymətə satıram. wts aktivdir