Uşaq arabası – transformerlidir, mavi-boz rəng. Komplekt: - Daşıma beşiyi (lyulka) və gəzinti bloku – hər iki blok şassiyə tərs/düz istiqamətdə quraşdırılır - Geniş tənzimlənən günəşlik və əlavə küləkdən qoruyan ayaqörtüyü - Tutacağa bərkidilən günəş/yağış çətiri - Tənzimlənən valideyn tutacağı - Ön barmaqlıq və 5 nöqtəli kəmər üçün yuvalar - Yaylı amortizasiya sistemi - Böyük təkərlər: önlər fırlanan, arxalar iri və dayanıqlı - Ayaqla idarə olunan arxa əyləc - Aşağıda səbət - Parça materialı qalın və nəfəsalan Şassi möhkəm metal karkaslıdır, qatlanır və yığcam daşınır. Şəhər və park gəzintiləri üçün rahat, körpənin doğumdan etibarən istifadə edə biləcəyi çoxfunksiyalı model.